13 C
Baku
26 Mart 2026, 15:38
Dünya

WSJ: ABŞ İranla razılaşma çərçivəsində neftə çıxış əldə etmək istəyir

The Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ İranla mümkün razılaşmanın bir hissəsi kimi bu ölkənin neft ehtiyatlarına çıxış əldə etməyə çalışır.

Qəzetin Vaşinqton administrasiyasındakı mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, Donald Trump Tehranla istənilən razılaşmada ABŞ-ın İran neftinin bir hissəsinə çıxışını təmin etmək ideyasını öz müşavirlərinə təqdim edib. Lakin hazırda bu istiqamətdə konkret planın hazırlanmadığı qeyd olunur.

Məlumata görə, Tramp martın 23-də “Truth Social” platformasında ABŞ və İranın son günlər Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması ilə bağlı konstruktiv danışıqlar apardığını bildirib. O, həmçinin Pentaqona İranın enerji infrastrukturuna zərbələrin 5 gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini açıqlayıb.

Digər tərəfdən, IRNA agentliyinə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-la birbaşa danışıqların aparılmadığını bildirib. Onun sözlərinə görə, Tehran yalnız öz mövqeyini vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırıb.

Beləliklə, tərəflər arasında mümkün razılaşma ilə bağlı ziddiyyətli açıqlamalar fonunda regionda gərginlik davam edir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında 1900-ə yaxın gəmi ilişib qalıb

Aynur Camal

Fransalı siyasətçi: Ukraynaya ayrılan vəsaitlər terror fəaliyyətlərinə yönəlir

Aynur Camal

Frederiksen səs itirdi, hökumətin taleyi qeyri-müəyyən qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu