8 C
Baku
21 Dekabr 2025, 21:27
Digər

Xəzər 2030: Qlobal Bilik və Təsir Strategiyası

Bugun.tv– xəbər verir ki, Milli Məclisin Deputatı Ceyhun Məmmədov öz sosial media hesabında Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının üzvlərinin və Rektorunun təqdimat mərasimində iştirakı barəsində paylaşım edib.

Deputatın sözlərinə görə, Xəzər Universiteti illərdir ölkəmizdə müasir düşüncəli, innovativ və milli dəyərlərə sadiq gənclərin formalaşmasında mühüm rol oynayan aparıcı elm və təhsil ocaqlarından biridir. Bu ali təhsil müəssisəsi yalnız akademik biliklərin deyil, həm də şəxsiyyətin formalaşması, liderlik bacarıqlarının inkişafı və sosial məsuliyyətin aşılanması baxımından mühüm bir məktəb rolunu oynayır. Universitetin uzun illər ərzində yetişdirdiyi məzunlar bu gün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif sahələrdə Azərbaycanın adını qürurla təmsil edirlər. Bu, Xəzər Universitetinin təhsil fəlsəfəsinin və idarəetmə strategiyasının uğurlu nəticəsidir.

Eyni zamanda, bu təhsil ocağının beynəlxalq əlaqələrinin genişliyi, elmi mühitdə şəffaflıq və innovativ idarəetmə prinsipləri onun ölkəmizdəki ali təhsil məkanında nümunəvi mövqe tutmasına səbəb olub. Universitetin məqsədyönlü inkişaf strategiyası həm milli maraqlara, həm də qlobal elm tendensiyalarına uyğun şəkildə formalaşır.

“Bu gün təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də müstəqil düşünən, təşəbbüskar, cəmiyyətin inkişafına töhfə verən və milli kimliyini qoruyan nəsil yetişdirməkdir. Bu missiyanın həyata keçirilməsində Xəzər Universitetinin fəaliyyəti təqdirəlayiqdir. Bununla yanaşı, universitetin elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və innovativ layihələrin dəstəklənməsi gənclərimizin qlobal miqyasda rəqabətə hazır olmasına xidmət edir.

Təhsil müəssisələrinin və dövlətin bu sahədə qarşılıqlı dəstəyi, gənclərin bilik, bacarıq və yaradıcılıq qabiliyyətlərinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu gün biz gənclərimizin təkcə yaxşı mütəxəssis deyil, həm də dərin düşüncəyə malik, milli ruhlu, məsuliyyətli və humanist şəxslər kimi yetişməsini prioritet sayırıq” – deyə C. Məmmədov çıxışı zamanı vurğulayıb.

Deputat eyni zamanda, qeyd edib ki, Azərbaycan Respublikasının təhsil strategiyası gənclərin yaradıcı potensialının, elmi düşüncə tərzinin və vətənpərvərlik ruhunun inkişafını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ali təhsil müəssisələri ilə dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı gələcək uğurlarımızın təminatıdır.

Təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı modeli gənclərin bilik, bacarıq və dəyərlər baxımından daha çevik və müasir düşüncəli formalaşmasına imkan yaradır. Bu model gələcəyin liderlərinin yetişdirilməsi üçün vacib platformadır.

Həmçinin, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr gənclərin startap təşəbbüslərinə, elmi tədqiqat fəaliyyətinə və sosial layihələrdə iştirakına əlavə stimul verir. Belə təşəbbüslər Azərbaycanın gələcək innovativ iqtisadiyyatının formalaşmasına mühüm töhfə verir.

Yeni təyin olunan Rektor Raziyə xanım İsayevaya, Direktorlar və Qəyyumlar Şurasının üzvlərinə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Əminəm ki, yeni rəhbərlik universitetin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, elmi-tədris keyfiyyətinin yüksəldilməsi və Azərbaycan təhsil sisteminə töhfələrinin artması istiqamətində əzmlə çalışacaq.

Eyni zamanda, universitetin regionun intellektual inkişafına, elm və təhsilin sintezinin gücləndirilməsinə töhfə verəcəyinə inanırıq. Xəzər Universiteti kimi təhsil ocaqları Azərbaycanın parlaq gələcəyinin əsas dayaqlarıdır. Onların fəaliyyəti yalnız bu günün deyil, gələcək nəsillərin də inkişafı üçün strateji əhəmiyyət daşıyır. Elmə, biliyə, təhsilə qoyulan hər bir sərmayə – dövlətimizin sabahına qoyulan ən dəyərli sərmayədir.

Aynur Camal

Oxşar xəbərlər

Orqan transplantasiyasında yeni ümid: İmmun hüceyrələrin hədəflənməsi uzunmüddətli sağ qalmanı artıra bilər

Bugün TV

Fransada həmkarlar ittifaqları sentyabrın 18-də də ümumrespublika tətili və nümayişinə çağırış etdilər

Bugün TV

Qara dənizdə gəmilərin təhlükəsizliyi mövzusu — NATO və Türkiyə narahatdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu