11 C
Baku
23 Dekabr 2024, 14:46
Baş xəbərSosial

“Xərçəngin müalicəsi var” – TANINMIŞ HƏKİM AÇIQLADI  

Bugun.tv xəbər verir ki, son zamanlar xərçəngdən dünyasını dəyişənlərin sayı artıb. Səbəbi isə insanların müalicəni düzgün aparmamalarıdır.

Tanınmış həkim Zəfər Atakişiyev insanlara xərçəngin hətta 4-cü mərhələdə olsa belə sağalan xəstəlik olduğunu vurğulayıb.

“Orqanizmə daxil olan qidaları öncə xərçəng yeyir. Normal hüceyrələrə nisbətən xərçəng hüceyrələri 25 dəfə artıq qidalanır. Əgər uzun müddətli aclıq olarsa qida bədənə daxil olmadığından xərçənglər özlərini yeyərək məhv edirlər. Söhbət 25-30-40 günün aclığından gedir. Buna hər kəs tab gətirə bilmir. Ona görə də alternativ variant kimi xərçəng hüceyrələrinə selektiv təsir göstərən qida məhsullarından istifadə etmək lazımdır. Bu qida məhsulları skot fermetinin hüceyrələrini blok etməklə buna nail olur”.

Həkimin sözlərinə görə, skot ferimeti uzun bir kimyəvi birləşmənin qısaldılmış adıdır. Xərçəng hüceyrəsi öz membranını qurmaqdan ötürü bu fermetdən istifadə edir. Belə fermeti bloklamaqla biz xərçəngin məhvinə səbəb ola bilirik. “Kimyaterapiyada da skot fermetlərini bloklamaq mümkündür. Lakin burada həm xərçəng, həm immun hüceyrəsinin bir hissəsini məhv etmiş oluruq. Çünki, hər bir xərçəng hüceyrəsi 100% xərçəng hüceyrəsindən ibarət deyil. Bunun müəyyən hissəsi bizim immun hüceyrələrimizdən ibarətdir”, -deyə Z.Atakişiyev bildirib. Belə xəstələrə brokoli, brokolinin yarpaqları, sarımsaq, soğan kimi tərəvəzlərlə daha çox qidalanmağı tövsiyə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Qatarın vurduğu şəxs həyatını itirdi

Bugün TV

Bir evə hücum nəticəsində 9 nəfər öldü

Bugün TV

Elşən Gəncəvi seçicilərlə dinləmə görüşünü keçirdi – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu