Bugun.tv xəbər verir ki, hadisə Çində yaşanıb. Paytaxt Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında ölənlərin sayı 29-a yüksəlib.
Bu barədə Beijing Daily məlumat yayıb.
Qeyd edək ki, yanğın dünən günorta saatlarında baş verib. Hadisə yerinə yanğınsöndürənlər, sağlamlıq və təcili yardım qrupları göndərilib. 71 xəstə xilas edilərək təxliyə edilib.
Yanğının baş vermə səbəbi hələki məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir.