33 C
Baku
20 İyul 2025, 22:11
Dünya

Xəstəxanalardan kütləvi məzarlıq tapıldı

Fələstin Səhiyyə Nazirliyi Qəzzada Şifa xəstəxanasında 3 kütləvi məzarlıqda 80 fələstinlinin cəsədinin tapıldığını, İsrail qüvvələrinin geri çəkilməsindən sonra Qəzzanın müxtəlif bölgələrində belə məzarlarda tapılan cəsədlərin ümumi sayının 520-yə çatdığını açıqlayıb.

Mühasirəyə alınan və bombardman edilən bölgənin səhiyyə nazirliyindən verilən məlumata görə, Şifa xəstəxanasındakı 3 kütləvi məzarlıqda 80 fələstinlinin cəsədi tapılıb və bununla da İsrail qüvvələrinin geri çəkilməsindən sonra Qəzzanın müxtəlif bölgələrində bu cür məzarlarda tapılan cəsədlərin ümumi sayı 520-yə çatıb.

Nazirlik bildirir ki, qurbanlardan bəzilərinin yaxın məsafədən, başlarında və döşlərində güllə yaraları ilə edam edildiyinə dair qəti sübutlar var.

Bu həftənin əvvəlində Fələstin rəsmiləri mart ayında İsrail qüvvələri tərəfindən mühasirəyə alınan Şifa xəstəxanasında yeni kütləvi məzarlıq tapdıqlarını və bu məzarın Qəzzada İsrail müharibəsi başlayandan bəri tapılan yeddinci məzar olduğunu açıqlamışdı.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Terrorçular 30 nəfəri girov götürdü

İntizar Əmirova

Fransa Sudandakı səfirliyini bağlayacaq

Nigar Məmmədova

Ana və uşaqlarını 60 bıçaq zərbəsi ilə qətlə yetirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu