Baş xəbərTexnologiya

“X” sosial platforması süni intellekt proqramını istifadəyə verir

Milyarder İlon Maskın sahib olduğu “X” sosial platformasının ChatCPT-yə rəqib olacaq süni intellekt proqramı – “GrokAI” istifadəyə veriləcək.

Bugun.tv CNN telekanalına istinadla xəbər verir ki, İlon Mask yeni AI çat-robotunun tezliklə “X Premium+” abunəçilərinə təqdim olunacağını bildirib.

“GrokAI” real zamanda “X” sosial şəbəkəsi üzərində məlumat axını ilə paralel istifadə olunacaq. Süni intellekt assistenti çat-şəbəkədə olanlara müvafiq xidmətlər göstərəcək. Bunun üçün abunəçilərin çox geniş məlumat bazasından faydalanması məqsədilə onlara son dəqiqə xəbərləri, birja trendləri və digər operativ məlumatlar ötürüləcək. Eyni zamanda, istifadəçilərə əyləncə imkanları da yaradılacaq.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu