8 C
Baku
12 Dekabr 2024, 13:49
Baş xəbərSosial

Xaçmazda dövlət qurumlarının əməkdaşlarına əlilliyi olan qadın və qızlarla ünsiyyət qaydaları mövzusunda təlim keçilib 

Bugun.tv xəbər verir ki, Xaçmaz şəhərində “Bakı, Gəncə və Quba-Xaçmaz bölgəsində sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində treninq keçirilib.

Tədbir BMT-nin Qadınlara Qarşı Zorakılıqla Mübarizə Etimad Fondunun maliyyələşdirdiyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

Təlim Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçilib. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində dövlət müəssisələrində çalışan işçilərə əlilliyi olan qadınlara qarşı zorakılıq hallarından danışıb. Belə həssas qrupdan olan şəxslərlə davranış qaydalarının əslində necə olmasından bəhs edib.

Günel İbrahim tədbir keçirib
Xaçmazda təlim keçilib

G.İbrahim Xaçmazda təşkil olunan tədbirlə bağlı Bugun.tv-yə müsahibə verib. “Məqsəd dövlətin, vətəndaş cəmiyyətinin və özəl qurumların iştirakı ilə ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibəti dəyişdirmək, əlilliyi olan qadınlara və qızlara qarşı zorakılıq hallarının qarşısını almaq, əlçatanlığı və onlar üçün dövlət xidmətlərinin keyfiyyətini artırmaqdır”.

Xaçmaz şəhərində tədbir
Təlimçi Günel İbrahimin treninqi

Təlimdə sağlamlıq imkanları məhdud qadın və qızlarla davranış qaydaları üzrə treninqlərin keçirilməsi, eləcə də əlilliyi olan şəxslərlə etik ünsiyyətin qurulması, onlara diqqətin göstərilməsi ilə bağlı dövlət müəssisələrinin işçiləri və xidmət personalına praktiki tövsiyələr verilib. Eyni zamanda əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri haqqında məlumat verilib.

Əlilliyi olan qadınlarla bağlı tədbir
Tədbir iştirakçıları ilə xatirə fotosu

Xaşmazda keçirilən tədbirdə ümumilikdə 27 nəfər iştirak etdilər.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir. İcrası isə 2022-ci ilin sentyabr ayından növbəti ilin avqust ayına qədər (cəmi 36 ay) nəzərdə tutulur.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Macarıstan Kara-Murza işi ilə bağlı yeni qərar verdi

Nigar Məmmədova

Ərazi sularımızda aşkar olunan qaçaqmal götürülüb – VİDEO

Aynur Camal

4,1 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu