DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv -yə verilən məlumata görə Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan idarə edib.
Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
