30 C
Baku
28 İyun 2025, 14:40
Baş xəbərMədəniyyət

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olundu- FOTOLAR

Bugun.tv- yə Mədəniyyət Nazirliyi dən daxil olan məlumata əsasən, bu gün görkəmli teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatları laureatı, “Şərəf” və “Şöhrət” ordenli Amaliya Pənahovanın (1945-2018) anadan olmasının 80 illiyi tamam olub.

Bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları və tanınmış incəsənət xadimləri Amaliya Pənahovanın məzarını ziyarət ediblər. Sənətkarın və ömür-gün yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovun məzarları üzərinə gül dəstələri düzülüb.

Çıxışlarda Amaliya Pənahovanın Azərbaycanda teatr və kino sahələrinin inkişafındakı xidmətlərindən danışılıb, sənət dostları xatirələrini dilə gətiriblər.

Sənətkarın yaratdığı Bakı Bələdiyyə Teatrının ölkəmizin səhnə sənəti salnaməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova anasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.

Aktrisa “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

Aynur Camal

Oxşar xəbərlər

AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏYƏ KEÇİR

Aynur Camal

Sumqayıtda vəkil özünü asıb – FOTO

Aynur Camal

Qarsda tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu