19 C
Baku
8 Sentyabr 2024, 4:04
Mədəniyyət

Xalq artisti vəfat etdi.

 

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev vəfat edib.Bu barədə Bugun.tv– ə Mədəniyyət Nazirliyindən bildirilib.

Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq,  Azərbaycan Dövlət Konservatoriyasının tar-drijor, xalq ifaçısı fakültəsinə daxil olub.
O, 1969-cu ildə “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.

Qeyd edək ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub.

Oxşar xəbərlər

Lüt Qazlar

Aynur Əfəndi Zadə

Gənc yazar vəfat etdi

Nigar Məmmədova

“Bir ailə” filminin 80, ssenari müəllifinin 115 yaşı tamam olur – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu