30 C
Baku
27 İyul 2025, 20:44
Mədəniyyət

Xalq artistinin səhhəti barədə xəbər var -AÇIQLAMA

Xalq artisti Şahnaz Haşımovanın səhhəti yaxşılaşır. 

Bugun.tv xəbər verir ki, bu barədə APA-ya açıqlamasında sənətçinin nəvəsi Eldar Abdullayev deyib.

O, Xalq artistinin bir müddət xəstəxanada müalicə alacağını qeyd edib: “Bir həftə, on gün xəstəxanada qalacaq, yəni müalicəsini burada davam etdirməsi daha effektivdir. Gəncədən gətirildikdən sonra burada da bütün növ yoxlamalardan yenidən keçdi. Ümumi diaqnoz yüksək şəkər və beyin qan dövranının pozulmasıdır”, – o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, dünən Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

Aynur Camal

79 yaşlı aktrisa tərzi ilə yenə təəccübləndirdi-FOTO

Nigar Məmmədova

İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu