17 C
Baku
10 İyun 2025, 5:19
Baş xəbər

Xalq-iqtidar birliyi sarsılmazdır – FOTO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının qərargahında, eləcə də Hüseynbala Əliyev 3 və 5 ünvanında seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.

A.Süleymanov partiyanın hər daim bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, partiyamızın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Məlahət İbrahimqızı isə ilk olaraq, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. Məlahət İbrahimqızı yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Parlament seçkilərində namizəd uğurlarımızın davamı naminə seçiciləri seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.

Seçicilər də Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib

Bugün TV

“Onlar az əmək haqqı ilə çox iş görürlər” – TƏHSİL EKSPERTİ ETİRAZ ETDİ

Kəmalə Sultan

Cəlilabad sakini arvadını baltalayıb – YENİLƏNİB

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu