Mədəniyyət

Xalq rəssamı “Leonardo da Vinçi” ordeni ilə təltif edildi

Bugun.tv xəbər verir ki, Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz 80-illik yubileyi ilə əlaqədar Hökümətlərarası Ali Elmi Şura və UNESCO yanında fəaliyyət göstərən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının  «Leonardo da Vinçi” ordeni ilə təltif olunub. Orden Avropa İntibahının dahisi, görkəmli rəssam, mühəndis və ixtiraçı Leonardo da Vinçinin yubileyi ilə əlaqədar təsis edilib. O dünya incəsənətinin inkişafına əhəmiyyətli tövhələr verən və təsviri sənətlər, mədəniyyət və elm sahələrində xüsusi xidmətləri olan xadimlərə təqdim olunur.

Müasir Azərbaycan incəsənətində professor Arif Əzizin yaradıcılığı xüsusi əhəmiyyətə malikdir. XX əsrin 1970-ci illərindən başlayaraq Xalq rəssamı,  dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, ciddi tərzdə Azərbaycan incəsənətinin müasir mənzərəsinin formalaşmasına öz töhvəsini verib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Gəncə Dövlət Milli Dram Teatrında “İnsanlıq şərəfinə” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu