Baş xəbər

“Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən biri – 17 Noyabr”

“17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı”.

Bugun.tv– xəbər verir ki, bu gün münasibətilə təbrik paylaşan millət vəkili Ceyhun Məmmədov həmçinin vurğulayıb ki, 1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Xalqımız azadlığı öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı.

“Ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

​Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.

Əziz həmvətənlər! Azərbaycan xalqının milli azadlıq mübarizəsində əsas dönüş nöqtəsi olan və xalqın iradəsini özündə əks etdirən Milli Dirçəliş Günü münasibətilə sizi təbrik edirəm! Bayramınız mübarək!” – Milli Məclisin deputatı Ceyhun Məmmədov.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu