22 C
Baku
25 Aprel 2025, 14:45
Baş xəbərDünya

Xamneyi İsrail və ABŞ-a meydan oxuyur: Biz sərt cavab verəcəyik

İran lideri Ayətullah Əli Xamenei paytaxt Tehrandakı İmam Xomeyni Müsəllə məscidində bayram namazı zamanı verdiyi xütbədə İsrailin regiona təcavüzü və Trampın İrana hücumla hədələmələrinə toxunub.

Ramazan ayında İsrailin Qəzza, Livan və Fələstində uşaqları qətlə yetirərək soyqırımını davam etdirməsinin müsəlmanları dərindən kədərləndirdiyini və bu qətliamların ABŞ-ın dəstəyi ilə həyata keçirildiyini bildirən Xamenei, “Bu cinayət şəbəkəsi Fələstindən çıxarılmalı və belə də olacaq. Hər kəs bu bədxahı bu bölgədən silmək üçün səy göstərməlidir” deyib.

İsrailin bu cinayətləri törətdiyini və ölkələri müstəmləkəçi dövlətlər adına işğal etdiyini söyləyən Xamenei, “Bacarsalar, bütün bölgəni işğal edərdilər. Hazırda Suriyanı işğal edirlər. Bunu müstəmləkəçilərin vəkil qüvvəsi kimi edirlər. Bu bölgədə yalnız bir vəkil qüvvə var, o da rüşvətxor, qəsbkardır” deyib.

ABŞ prezidenti Donald Trampın adlarını çəkmədən təhdidlərinə toxunan Xamenei deyib: “Bizim mövqeyimiz əvvəlki kimidir. ABŞ və sionist rejim pislik etmək təhdidindədir. Onların xaricdən hər hansı bir zərər verəcəyini düşünmürük, amma edərlərsə, mütləq güclü zərbə alacaqlar. Əgər ölkə daxilində ixtilaf yaratmağa çalışsalar, cavabı millət özü verəcək”.

Tramp dünən İranı nüvə proqramı ilə bağlı təhdid edərək, “Əgər razılaşmazsa, bombardman olacaq” demişdi. Tramp bu gün İrana qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıraraq, “Bir neçə əlavə sanksiya var. İrana qarşı əlavə rüsumlarımız var və heç bir irəliləyiş görməsək, bir neçə həftə ərzində tətbiq edəcəyik. Hazırda onları tətbiq etmirik” deyib. “Biz İrana əlavə rüsumlar barədə qərar verəcəyik ki, onlar razılaşsınlar, ya yox. Əgər onlar razılaşsalar, o zaman biz heç vaxt yeni tariflər tətbiq etməyəcəyik” deyə o, belə danışıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Bakıda oğlan qaynatasının evini atəşə tutdu

Könül Kərimova

ABŞ-da sərnişin təyyarəsi və helikopter toqquşub və qəzaya uğrayıb

Aynur Camal

Pikap aşdı: 1 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu