25 C
Baku
3 Sentyabr 2025, 9:17
Digər

“Xan qızı Natavan” əsərinin tamaşası keçirildi- FOTO

Hər il olduğu kimi, bu il də Azərbaycanın görkəmli yazıçı İlyas Əfəndiyevin “Xan qızı Natavan” əsəri Bələdiyyə Teatrında səhnəyə qoyulub.

Bugun.tv – yə bu barədə tamaşadan birbaşa məlumatı və fotoları bədii qiraət ustası, həvəskar şair, həvəskar musiqiçi, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı, həmçinin fotoqraf və  klipmeyker Cəbrayıl Qənbər verib.

O bildirib ki, tamaşa xalq artisti, teatr rejissoru Mərahim Fərzəlibəyov tərəfindən həyata keçirilib.

Əsərdə XIX əsr Azərbaycanın görkəmli şairəsi, Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natavanın həyat və yaradıcılığı öz əksini tapır.

Həmçinin tamaşada Xan qızı Natavanın Qarabağ xanlığının son varisi kimi yaşadığı hadisələri, öz dövrünün fəal ziyalısı və şairəsi kimi doğma yurduna sevgisi əks etdirilir.

Baş rolları Bələdiyyə Teatrının aktyorları Xan qızı Xurşudbanu Natavanı – aktrisa Ülviyyə Rza, Xasay bəyi – aktyor Tural Əhməd və Mirzə Ruhullanı isə aktyor Rəşad Kəsəmənli canlandırıblar.

Xan qızı Xurşudbanu Natavan – aktrisa Ülviyyə Rza və Xasay bəy – aktyor Tural Əhməd

Azərbaycanın görkəmli şairi Nüsrət Kəsəmənlinin oğlu Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli və bədii qiraət ustası, həvəskar şair, həvəskar musiqiçi, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı, həmçinin fotoqraf və  klipmeyker Cəbrayıl Qənbər
Aynur Camal

Oxşar xəbərlər

İspaniyada meşə yanğınları tüğyan edir

İntizar Əmirova

İçməli suda mikroplastikləri azaltmağın sadə üsulu kəşf olundu

İntizar Əmirova

Fox News komandirlərin öncədən aldadıldıqlarından yazdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu