26 C
Baku
10 İyul 2025, 15:37
Baş xəbərSiyasət

Xankəndi – İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü

“Bu gündən Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəli beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu Azərbaycanın strateji olaraq dəstəklədiyi istiqamətlərdən hesab olunur” – Bugun.tv xəbər verir ki, bu barədə məlumatı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, 570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT artıq regional deyil, qlobal güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.

Xankəndində İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir.

Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir.

Aynur Camal

Oxşar xəbərlər

Paşinyan: “Biz Azərbaycanın mövqeyini başa düşürük”

Aynur Camal

O, səfərbərlikdən qaçırdı: Onu hərbi xidmətə qəbulda ölü tapdılar

Aynur Camal

2 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət aldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu