Baş xəbər

Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

“Xankəndi şəhərinin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi şəhərdə xidmətə cəlb edilən daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Dünən də 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb”.
Bugun.tv xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial media hesabındakı paylaşımında bildirib.
“Hər gün hansısa “surpriz tələ” ilə qarşılaşan polis əməkdaşları qarşıya qoyulan tapşırıq üzrə fasiləsiz xidmət aparırlar, bölgənin təhlükəsiz vəziyyətə gətirilməsi, Böyük Qayıdışın sürətlə reallaşması məqsədilə əzmlə çalışırlar”, – deyə o, əlavə edib.
Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu