27 C
Baku
21 İyul 2025, 7:34
Baş xəbərSiyasət

“Xankəndi – beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir”

“İyulun 4-də Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sammitin Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir”.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Fatma Yıldırım verib.

Deputat həmçinin qeyd edib ki, Xankəndi uzun illər işğal altında olub və erməni separatizmi qədim şəhərimizi öz yuvasıına çevrimişdi. Artıq 2023-cü ildən Xankəndi azaddır. Azadlığına qovuşduqdan sonra Xankəndi genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılacaq müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür.

Xankəndi şəhərində ECO-nun sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır. Artıq bu torpağın gerçək sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağıdır. Bütün dünya bilsin ki, biz bu torpaqlara əbədi qayıtmışıq. Şuşa şəhərinin 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan edilməsi bu qədim şəhərimizi dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. Həqiqətən də, qısa müddət ərzində görülən böyük işlər, işğaldan azad olunmuş ərazilərimizin ard-arda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qürurvericidir. Biz bu nailiyyətə məhz Prezidentimiz cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində nail oluruq!

Milli Məclisin deputatı Fatma Yıldırım

Aynur Camal

Oxşar xəbərlər

Sobada unudulmuş yemək yanğına səbəb oldu

Kəmalə Sultan

6 miqrant qaçaqmalçısı tutuldu

Bugün TV

Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu