15 C
Baku
12 Oktyabr 2025, 3:45
Dünya

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü: Zəfər yolunun rəmzi – Tənzilə Rüstəmxanlı yazır

“Azərbaycanın Zəfər qələbəsi yalnız beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyümüzün bərpası ilə yekunlaşmadı. Böyük Qələbəmiz həm də yeni qürur tariximizin başlanğıcı oldu. Məhz Vətən Müharibəsindəki Zəfərdən sonra sonra təqvimdə faciə və işğal tarixləri qələbə və uğur tarixləri ilə əvəz olundu” – deyə Milli Məclisin deputatı Tənzilə Rüs­təm­xan­lı öz Facebook səhifəsində yazıb.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü elan olunması da belə bir qürur tarixidir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad bu uğurun zirvə nöqtəsi idi. İndi əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır.

Aynur Camal

Oxşar xəbərlər

Süleyman Soylu: “Son zəlzələlərdə həlak olanlar arasında 6 600 xarici ölkə vətəndaşı var”

Nigar Məmmədova

İçməli su heyvan qanından alınacaq?

Aynur Camal

Böyük Britaniya hökumətinin mübahisəli immiqrasiya planı qanuna çevrilə bilər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu