21 C
Baku
14 Oktyabr 2025, 15:24
DünyaSiyasət

“Xankəndində İvan Ayvazovskinin heykəlinin sökülməsi – sadəcə bir abidənin götürülməsi deyil”

“Xankəndində İvan Ayvazovskinin heykəlinin sökülməsi – sadəcə bir abidənin götürülməsi deyil, bu, işğal dövrünün simvollarından daha birinin müqəddəs torpaqlarımızdan silinməsi, tariximizin və mədəni kimliyimizin bərpası deməkdir.

Ayvazovskinin nə Azərbaycan xalqına, nə mədəniyyətimizə, nə də Azərbaycan-Rusiya münasibətlərinə hər hansı aidiyyəti yoxdur. Gerçək adı Ovannes Ayvazyan olan bu rəssam – mənşəcə ermənidir və onun Xankəndində heykəlinin durması bu gün azərbaycanlı nəfəsinin yeni dirçəldiyi Qarabağ torpağı üçün həm absurd, həm də ədalətsizlikdir” deyə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Deputat həmçinin qeyd edib ki, bu, eyni zamanda Azərbaycanın daxili işidir, suveren hüququdur və heç bir halda müzakirə mövzusu ola bilməz.

“Bütün bunların fonunda bir məqamı da unutmayaq: vaxtilə Şuşada Azərbaycanın dahi şəxsiyyətlıri olan Bülbülün, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın heykəlləri erməni silahlıları tərəfindən gülləbaran edilmişdi. Bu bir faktdır, vandallığın izləri hələdə bu büstlərin üzərindədir.

Biz multikultural dəyərlərə sadiq xalqıq, biz heç vaxt başqasının mədəniyyətinə və inancına qarşı hörmətsizlik etməmişik və düşünürəm ki, biz özümüz hansı heykəlinin sökülməsinə və ya qalmağına, bu torpağın sahibləri kimi qərar verə bilərik.

Ayvazovski ilə bağlı bir tarixi məqama da toxunmaq yerinə düşərdi. O, 1845-1890-cı illər arasında dörd dəfə Osmanlıya səfər etmiş, üç Türk sultanının – Sultan Əbdül-Məcidin, Sultan Əbdül-Əzizin və Sultan II Əbdülhəmidin xüsusi rəğbətini qazanmışdı. Hətta ona saray rəssamı rütbəsi verilmiş, birinci dərəcəli Məcidi ordeni ilə təltif edilmişdi. Bu onun sənətkarlığına verilən yüksək qiymət olmuşdur, mənsubiyyətinə görə yox!

Lakin erməni xisləti hər zaman özünü büruzə verir. Ömrünün sonuna yaxın guya Osmanlıda ermənilərə qarşı edilən “qırğınlardan” təsirlənən Ayvazovski, Krımda Osmanlıdan aldığı bütün ordenləri bir itin boynuna asır və həmin iti şəhərdə gəzdirməklə “etiraz aksiyası” keçirir. Ardınca isə qayığa minib, ona verilmiş mükafatları dənizə atır. Bu isə onun “vətəndaşlıq mövqeyi” və erməni kimliyinin əsl təzahürü kimi yadda qalıb. Erməni xisləti dəyişilmir, müvəqqəti olaraq ört-basdır edilir!

Aldanmayaq! Ayıq – sayıq olaq…Bizim xislətimiz pis olsaydı, onun sənətkarlığı haqqında yazılanları və əsərlərinin əksini kitablardan da silərdik…

Bir daha erməni xislətinin, simasızlığının şahidi olduq!”.

Ülviyyə Həmzəyeva Milli Məclisin deputatı
Aynur Camal

Oxşar xəbərlər

Prezidentin çıxışı zamanı gərginlik yaşandı

İntizar Əmirova

Artıq ərəb ölkələri Qəzzada sülhməramlı qüvvələrə qarşı deyil

Aynur Camal

Kosmetoloq və ya bahalı prosedurlar olmadan: həqiqətən effektiv evdə qulluq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu