20 C
Baku
14 İyun 2025, 0:08
İdman

Xaricdə yaşayan azərbaycanlı gənclər II “Suqovuşan” beynəlxalq minifutbol turnirinə qatılıb

Vətəndən uzaqda yaşayan azərbaycanlı gənclər növbəti dəfə bir araya gəlmək imkanı qazanıb.

Bu səfər artıq ikinci dəfə təşkil olunan “Suqovuşan” minifutbol turniri vətəndən uzaqda yaşayan futbol həvəskarları, tələbələr və ilk dəfə olaraq azyaşlı azərbaycanlı uşaqlar üçün də unudulmaz xatirələrlə yadda qalıb. Artıq bir neçə ay öncədən futbol turnirinə hazırlaşan gənclər birlik nümayiş etdirərək komandalarda cəmləniblər. Bu il komandaların əhatə dairəsi də genişlənib. Ötən il 12 komandanın qatıldığı turnirdə bu il 21 komanda yarışıb.

İyunun 7-də Belçikanın paytaxtı Brüssel şəhərində təşkil olunan bu turnirə Belçika, Niderland, Almaniya, Fransa, Polşa kimi Avropa ölkələrində yaşayan soydaşlarımız qatılıb. Bəziləri isə həm ziyarət, həm ticarət deyərək Brüsselin gözəlliklərini kəşf etmək, Belçika şokoladından dadaraq soydaşlarımızla maraqlı zaman keçirə bilmək üçün turnirdən 1 gün öncə Brüssel şəhərinə gəlib.

Nəhayyət 28 May-Müstəqillik günü münasibəti ilə təşkil olunan turnirin start fiti verilir və komandalar meydanda öz gücünü, çay masası ətrafında isə vətən həsrətini çıxardıblar. Yarış meydançalarının ərazisində qurulmuş xüsusi masalarda soydaşlarımız Azerbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı da qazanıblar. Elə yarışlarda məqsəd yalnızca idman deyil, eyni zamanda da avropada yaşayan soydaşlarımızı bir araya gətirmək olub. Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.

Təşkilatçı “MADANİ” platformasının təsisçisi Emin Əliyev Bugun.tv -yə bildiirb ki,“Suqovuşan” Kuboku bir daha sübut edir ki, idman sülhün, anlayışın və dostluğun ən gözəl dilidir. “Suqovuşan artıq yalnız coğrafi məkan deyil. Suqovuşan ümidin, dirçəlişin, zəfərin rəmzidir”.

Turnirdə gənc həvəskar futbolçular, məsələn, Polşadan Cavid Babayev də qatılıb. Cavid məhz bu minifutbol turnirinə qatılmaq üçün öz ətrafında komanda formalaşdırıb. Azərbaycanda və hazırda isə Polşada müxtəlif futbol komandalarında oynayan gənc futbolçu bu cür turnirlərin keçirilməsinin vətəndən uzaqda yaşayan azərbaycanlı gənclər üçün xüsusi əhəmiyyət daşıdığını bildirilib. Cavidin komanda yoldaşları da Polşada təhsil alanlar azərbaycanlı gənclərdir.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov da 28 May – Müstəqillik Gününün önəmini diqqətə çatdıraraq, soydaşlarımızın, icmaların birliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsində idmanın rolunu vurğulayıb.

Daha sonra Vaqif Sadıqov və Qırğızıstanın Belçikadakı səfiri Aidat Erkinin topa rəmzi toxunuşu ilə turnir rəsmi olaraq açıq elan edilib. Gərgin, lakin yüksək əhval-ruhiyyə ilə keçən oyunlar böyük maraqla qarşılanıb.

Futbol turnirində mübarizə aparan oyunçular arasında bir vaxtlar Zaqatalanın “Simurq” futbol klubunda oynayan Benjamin Lambot da var idi. O da öz növbəsində futbol vasitəsi ilə Azərbaycanın ölkəmizin unikal mədəniyyəti ilə tanış olduğunu bildirib. Qeyd etdi ki, futbol vasitəsi ilə Azərbaycanı tanıtmaq və xalqlar arasında dostluğu təbliğ etmək çox önəmli addımdır. Turnir NATO-nun mənzil-qərargahı komandasının qələbəsi ilə başa çatıb.

 İkinci yeri isə Belçikadakı həmvətənlərimizi təmsil edən “MADANI Heroes” komandası tutub. Qalib komanda “Suqovuşan” kuboku və qızıl medallar, 2-ci və 3-cü yeri tutan komandalar isə “Suqovuşan” gümüş və bürünc kubok və medalları qazanıblar.

Kərim İbrahimov Bugun.tv Avropa bürosu.

Aynur Camal

Oxşar xəbərlər

Maktominey “Mançester Yunayted” dən gedə bilər

Bugün TV

Messi ABŞ-ın ən populyar idmançısına çevrildi

Aynur Camal

Günə Turan Əliyevin qələbəsiylə yekun vuruldu  

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu