Baş xəbərSosial

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Bugun.tv xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq.

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki  müvafiq keçidlərdən əldə oluna bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür. Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Günel Gözəlova leykemiya ilə mübarizəyə həsr olunan maarifləndirici konfransın moderatoru oldu

Aynur Camal

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

TƏBİB-də əməkhaqqı islahatları tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu