14 C
Baku
22 Noyabr 2024, 7:18
Baş xəbərTexnologiya

Xaricdən gələn “WhatsApp” zənglərinə diqqət!

Bugun.tv xəbər verir ki, son zamanlar “WhatsApp”da naməlum nömrələrdən, xüsusən də xarici ölkələrdən zənglər artıb. Mütəxəssislər bu nömrələrlə edilən müraciətlərdən ehtiyatlı olmağı məsləhət görürlər.

Belə ki, bəzən istifadəçilərə “Köməyə ehtiyacım var” deyə sorğular göndərilir. Bu zənglər adətən beynəlxalq nömrələrdən edilir.

Xüsusilə Seneqal, Filippin və Nigeriya kimi ölkələrdən zəng edənlər profillərinə əlavə etdikləri şəkillərlə diqqət çəkməyə çalışırlar.

Belə zənglərə cavab verildikdə, zəng edən şəxs pul qazanmaq imkanı ilə qarşı tərəfi razı salmağa çalışır. Manipulyasiya uğurlu olarsa, həmin şəxsdən kredit kartı məlumatı tələb olunur. Bu cür fırıldaq üsulları istifadəçilərə maddi ziyan vurmaq riskini daşıyır.

Bunun başqa bir fırıldaq üsulu olduğunu deyən sosial media mütəxəssisi Oğuzhan Saruhan bu barədə danışıb. “Fırıldaqçı şəbəkə fərqli üsullarla, cəlbedici iş təklifləri ilə bizi yaratdıqıar sistemə cəlbedə bilərlər. Buna görə də,  naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olun”.

Bunun dələduzluq ehtimalını artıra biləcəyinə diqqət çəkən Saruhan, hətta tanıdığımız nömrələrdən gələn mesajlara cavab verəndə belə diqqətli olmağı tövsiyə edir. “Məsələn, bir əmioğlundan, tanıdığımız birindən, dayınızdan mesaj alarkən, və ya əminiz sizdən pul istəyəndə və ya link göndərəndə siz bunu mütləq zəng edərək dəqiqləşdirin” , – mütəxəssis əlavə edib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Silahlı hücumda 34 nəfər öldü

Bugün TV

II Şuşa Qlobal Media Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilir

Bugün TV

Beynəlxalq media kampaniyasının rəsmi mahnısının müəllifi hansı gənc azərbaycanlıdır ?

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu