Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov ReadENG nəşriyyatının təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən “ReadENG – İngilis Dili Müəllimlərinin I Forumu”nda iştirak edib.
Bu barədə Facebook hesabında məlumat verən deputat bildirib ki, Forum “Xarici dilin tədrisində çağırışlar” mövzusu altında baş tutub.
O çıxışında xarici dil tədrisinin müasir dövrdə üzləşdiyi problemlərdən, qloballaşan dünyada ingilis dilinin rolundan və bu sahədə müəllimlərin üzərinə düşən böyük məsuliyyətdən danışıb.
Eyni zamanda gənclərin inkişafı üçün belə platformaların vacibliyini vurğuladığını deyən Ceyhun Məmmədov ReadENG komandasına təşəkkürünü bildirib.