17 C
Baku
27 Oktyabr 2025, 2:21
Baş xəbərSiyasət

Xarici işlər naziri Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksini ziyarət edib

İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorial kompleksini ziyarət edib.

Bugun.tv xəbər verir ki, ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.

Ceyhun Bayramov 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.

Mənbə: XİN

Aynur Camal

Oxşar xəbərlər

Peskov Federal Təhlükəsizlik Xidmətinin irəli sürdüyü iddianı “ördək” adlandırdı

Nigar Məmmədova

Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı

Bugün TV

Danimarkanın hərbi qanununa dəyişiklik: Qadınlar orduya çağırılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu