19 C
Baku
22 Noyabr 2024, 15:36
Baş xəbərDünya

Xarici İşlər Nazirliyindən İsrailə qınaq

Xarici İşlər Nazirliyi İsrailin UNRWA-nın işğal olunmuş Fələstin ərazilərində fəaliyyətini qadağan etmək qərarını pisləyib. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, İsrail UNRWA-nı hədəf alaraq iki dövlətli həll yolunu ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəfləyir.

Xarici İşlər Nazirliyi, İsrail Parlamentinin (Knesset) Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (UNRWA) fəaliyyətini qadağan etmək üçün atdığı addımlarla bağlı yazılı açıqlama verib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “İsrail Parlamentinin işğal olunmuş Fələstin torpaqlarında UNRWA fəaliyyətlərinə son qoymaq üçün atdığı addımlar açıq şəkildə beynəlxalq hüququ pozur” ifadəsi işlədilib.

Bəyanatda, İsrailin UNRWA-nı hədəf alaraq iki dövlətli həll yolunu ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəflədiyi və 1949-cu ildən bu yana milyonlarla fələstinli qaçqına həyati yardım göstərən UNRWA-nın fəaliyyətinin də böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib. Regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.

Bəyanatda BMT Baş Assambleyasının qərarı ilə yaradılan UNRWA-nın fəaliyyətini qadağan etmək cəhdlərinə qarşı sərt mövqe tutmağın beynəlxalq ictimaiyyətin hüquqi və vicdanlı öhdəliyi olduğu diqqətə çatdırılıb və bildirilib: UNRWA-nın Maliyyə İşçi Qrupunun sədri olan Türkiyə, sözügedən Agentliyə siyasi və maliyyə dəstəyini davam etdirəcək” deyilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin avtobusu körpüdən aşdı: 45 nəfər öldü

Bugün TV

Zahid Oruc: “Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb”

Nigar Məmmədova

Mobil Əhmədov yad edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu