29 C
Baku
28 İyun 2025, 20:13
Digər

Xarici İşlər Nazirliyi Qərbin Rusiyanın aktivlərinə “açıq-aşkar təcavüzü” elan etdi

Bugun.tv xəbər verir ki, Moskva Qərbin Rusiyanın daşınmaz əmlakını. Aktivlərini müsadirə etmək cəhdlərinə adekvat cavab verəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya XİN baş verənləri “açıq-aşkar təcavüz” adlandırıb.

Nazirlik “Qərb dövlətlərinin Rusiyanın xaricdəki mülkiyyətinə qarşı birtərəfli məcburetmə tədbirlərinin qeyri-legitim olması barədə bir neçə dəfə danışmışıq. Müsadirə beynəlxalq hüququn fundamental prinsip və normalarını, o cümlədən dövlətlərin suveren bərabərliyini pozur” deyə vurğulayıb.

Rusiya XİN əlavə edib ki, bu cür hərəkətlər “bir qrup dövlət tərəfindən digər dövlətin əmlakının bayağı, açıq-aşkar oğurlanması” kimi qiymətləndirilə bilər.

Daha əvvəl Reuters yazmışdı ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyəcək. Avropalıların fikrincə, bu addım həddən artıq çox risk daşıyır.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

İntizar Əmirova

Oxşar xəbərlər

Günəşdə güclü parlama baş verdi

Bugün TV

Ölkə ərazisində yağışlı hava davam edəcək

Bugün TV

Q.Məhərrəmliyə vəzifə verildi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu