14 C
Baku
22 Noyabr 2024, 0:03
Baş xəbərDünya

Xarici səslər Ankaraya çatdırıldı

Bugun.tv xəbər verir ki, 14 may seçkiləri üçün xaricdə verilən səsləri daşıyan təyyarələr Ankaraya enib. Təhlükəsizlik tədbirləri altında Türkiyəyə gətirilən səslər ATO Konqresiumuna aparılıb.

Olduğu ölkədə müəyyən edilmiş müddətdə səs verə bilməyən seçicilər mayın 14-ü saat 17.00-dək 46 gömrük qapısında səs verə biləcəklər.

Qeyd olunub ki, Fransa, Almaniya, İsveçrə və Avstriyadan gətirilən 532 mindən çox bülleteni Yüksək Seçim Qurumunun (MSK) əməkdaşları, partiya nümayəndələri və diplomatik kuryerlər müşayiət edib. Gün ərzində digər ölkələrdən də bülletenlərin gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, mayın 14-də Türkiyə ərazisində prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İncə, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Parlament seçkilərində 26 partiya iştirak edəcək.

Mənbə: NTV

Aynur Camal

Oxşar xəbərlər

Lüks avtomobilləri daşıyan yük maşını qəza törətdi

Elnarə Dərziyeva

Otelin qarşısında oturan insanlara bombalı hücum! 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Aynur Camal

“Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”-DEPUTAT YAZIR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu