33 C
Baku
20 İyul 2025, 19:42
Dünya

Xarici zirehli texnikanın saxlandığı yerləri vurdular

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerlərin yüksək dəqiqlikli silahlarla vurulduğunu açıqlayıb. Rusiya hərbi qüvvələrinin Ukraynada hücumlarını davam etdirdiyini bildirən Konaşenkov, “Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin əsgərləri və xarici muzdluların olduğu mərkəzlərə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla dənizdən intensiv hücumlar həyata keçirib” dedi.

TRT Haberin məlumatına görə, Ukraynanın strateji qüvvələrinin itirildiyini müdafiə edən Konaşenkov, “İndiyə qədər 451 təyyarə, 241 helikopter, 4 min 908 pilotsuz uçuş aparatı, 426 hava hücumundan müdafiə raket sistemi, 10 min 547 tank və zirehli texnika, 1135 reaktiv yaylım atəşi sistemi, Ukrayna ordusuna məxsus 5 min 356 haubitsa və minaatan mərmisi, 11468 şəxsi hərbi texnika məhv edilib” ifadələrdən istifadə etmişdir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Hökumət sosial media platformalarına təzyiq etmək üçün qanun hazırlayır! Avstraliyadan presedent addım

Aynur Camal

Türkiyədə zəlzələdə dağılmış binanın inşaat müdiri həbs edildi

Nigar Məmmədova

Narkotik alverçilərinə edam cəzası verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu