15 C
Baku
27 Oktyabr 2025, 7:26
Baş xəbərKriminal

Xeyli sayda çətənə kolu aşkarlandı

Bugun.tv xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edir 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qanunsuz dövriyyədən külli miqdarda narkotika çıxarıldı

Aynur Camal

5 mərtəbəli binada yanğın oldu

İntizar Əmirova

Məktəbli intiharlarının qarşısını necə almaq olar? – TƏHSİL EKSPERTİ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu