19 C
Baku
8 Sentyabr 2024, 3:58
Texnologiya

Xiaomi yeni flaqmanını təqdim etdi

Bugun.tv xəbər verir ki, Çinin “Xiaomi” korporasiyası 14 Ultra flaqman smartfonunu təqdim edib. Bu barədə şirkətin materiallarına istinadən GSM Arena məlumat yayıb.

Cihaz bir neçə versiyada təqdim olunur – eko-dəri bəzəkli model və titan korpuslu modifikasiya var. Qurğu 3200×1440 piksel təsvir ölçülü, 120 Hz tezliyə və Dolby Vision və HDR10+ dəstəyinə malik 6,73 düymlük LTPO AMOLED ekran alıb. Maksimum ekran parlaqlığı 3000 nitsdir.

Xiaomi 14 Ultra flaqman Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilib, 16 giqabayta qədər operativ yaddaşa və 1 terabayt-a qədər daxili yaddaşa malikdir. Telefon həm də əvvəlki nəsil cihazla müqayisədə üçqat ölçüdə olan soyutma kamerası ilə təchiz edilib. Qadcetin arxa panelində hər birinin təsvir ölçüsü 50 meqapiksel olan dörd linzalı Leica kamerası var. Kamera Ultra RAW fotoşəkilləri çəkməyə və onları DMG formatında saxlamağa imkan verir.

Smartfonun 90 vatt sürətli enerji doldurma dəstəyi ilə 5300 milliamper-saat akkumulyator tutumu var. Model xüsusi HyperOS qabığı ilə Android 14 ƏS aldı. Xiaomi 14 Ultra-nın əsas versiyasının qiyməti 6499 yuan və ya təxminən 83 min rubl təşkil edir. Qlobal satışlar fevralın 25-də başlayır.

Bundan əvvəl GS Group analitikləri bildirmişdilər ki, 2023-cü ilin sonuna qədər Çin smartfon istehsalçıları öz avadanlıqları ilə Rusiya bazarını doldura biliblər. İl ərzində telefon tədarükü 13 faiz artıb.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Kia 427 min avtomobili geri çağırır

Bugün TV

Mətni nitqə çevirə biləcəyiniz 5 süni intellekt platforması hazırlandı

Kəmalə Sultan

Apple, hakerlərin iPhone və Mac kompüterlərinə sızmasına icazə verən təhlükəsizlik zəifliyi barədə xəbərdarlıq edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu