3 C
Baku
14 Dekabr 2025, 17:18
Baş xəbərDünya

Xilasedicilərin gülümsəməsinə səbəb olan balaca qız – VİDEO

Dağıdıcı zəlzələnin baş verdiyi Türkiyənin Antakya şəhərində axtarış-xilasetmə əməliyyatları davam edir. Əməliyyatların birində baş verən kiçik hadisə xilasedicilərin gülümsəməsinə səbəb olub. Məlumata görə, Odabaşı məhəlləsində bir binanın dağıntıları altından çıxan səsləri qeydə alan axtarış-xilasetmə qrupları ərazidə işləri gücləndirib. Xilasetmə əməliyyatı nəticəsində beş yaşlı Hazal və anası Betül Güner xilas edilib.

Xilasedicilər qızdan su istəyib-istəmədiyini soruşublar. Kiçik qızın cavabı hər kəsi təəccübləndirib.

“Yox, yox, hələ müayinədən keçməmişəm” dedi. Qeyd edək ki, bu yerdə dağıntılar altından kişi və qızı da tapılıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. VİDEO

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt fırıldaqçılara göz yumdurmadı

Aynur Camal

Milad ərəfəsində atışma: ölən və yaralılar var

Aynur Camal

Rusiya: “Ukraynanın Kaluqa vilayətində 6 PUA ilə hücum cəhdinin qarşısı alınıb”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu