24 C
Baku
20 İyul 2025, 4:45
Baş xəbər

XİN məlumat yaydı

“Azərbaycanın öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir”.

Bugun.tv xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirib.

XİN sözçüsü qeyd edib ki, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. “Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir”, – açıqlamada bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Mingəçevir şəhərində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Bugün TV

Qəzaya səbəb olan sürücü avtomobili tərk edərək qaçdı

Aynur Camal

ABŞ və Səudiyyə Ərəbistanı arasında irəliləyiş

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu