8 C
Baku
21 Dekabr 2025, 19:05
Baş xəbərSiyasət

XİN: “Ermənistan regionda sülh və təhlükəsizliyə xələl gətiririr”

Xarici İşlər Nazirliyi

Bugun.tv xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddə baş verən toqquşma fonunda Ermənistanın hərəkətlərinin regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini bildirib.

“Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayan Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmaqla yanaşı, həm də regional sülh və təhlükəsizliyə ciddi təhdid təşkil edir”, – XİN-in bəyanatında deyilir.

“Ermənistanın təxribatlarının beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda baş verməsi Yerevanın sülh prosesində maraqlı olmadığını göstərir”.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədinin Laçın istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində Azərbaycan hərbçiləri həlak olub və yaralanıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

ANDROID 15-in yeni xüsusiyyətləri

Aynur Camal

Qidaya yararsız xəstə at ətini mal əti adı altında satan daha bir nəfər saxlanıldı 

Kəmalə Sultan

Paytaxtda sürücü diqqətsizliyi yənə də ölümə səbəb oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu