24 C
Baku
20 İyul 2025, 4:08
Baş xəbərSiyasət

XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”

“Ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər regiona sülh və tərəqqi gətirəcək”.

Bugun.tv xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra, son 3 il ərzində Ermənistan hərbi-siyasi təxribatlara, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair bəzi çaşdırıcı, qeyri-ardıcıl bəyanatlara meyilli olub: “Ümid edirik ki, bundan sonra Azərbaycan və Ermənistanın daha yaxşı gələcəyi üçün zəmin yaranacaq və iki ölkə arasında sülh prosesində irəliləyiş təmin olunacaq. Son iki gündə Ermənistan tərəfdən hərbi eskalasiyanın olmaması müsbət əlamətdir. Biz ümid edirik ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlar səsləndirməkdən, addım atmaqdan çəkinəcək, Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.

Mənbə: Report.az

Bugün TV

Oxşar xəbərlər

Böyük bir peyk kosmosda müəmmalı şəkildə parçalandı

Aynur Camal

Azərbaycan və İsrail səhiyyə nazirlərinin görüşü keçirilib

Aynur Camal

Yük maşını avtomobilin üzərinə aşdı: 4 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu