24 C
Baku
8 Sentyabr 2025, 8:29
Baş xəbərSiyasət

XİN: “Ermənistan regionda sülh və təhlükəsizliyə xələl gətiririr”

Xarici İşlər Nazirliyi

Bugun.tv xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddə baş verən toqquşma fonunda Ermənistanın hərəkətlərinin regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini bildirib.

“Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayan Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmaqla yanaşı, həm də regional sülh və təhlükəsizliyə ciddi təhdid təşkil edir”, – XİN-in bəyanatında deyilir.

“Ermənistanın təxribatlarının beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda baş verməsi Yerevanın sülh prosesində maraqlı olmadığını göstərir”.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədinin Laçın istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində Azərbaycan hərbçiləri həlak olub və yaralanıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Xarici kəşfiyyat xidməti ilə əlaqəli qrup həbs edildi

Aynur Camal

“Azərbaycan həmçinin effektiv diplomatik əlaqə və kommunikasiya qovşağıdır”

Aynur Camal

“Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu