Bugun.tv “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib. Ağ Evin mümkün güzəştlərlə bağlı bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandıran Ukraynanın baş diplomatı Prezident Volodimir Zelenskinin mövqeyini xatırladıb. “Prezident Zelenski artıq açıq şəkildə cavab təqdim edib və bu, Ukrayna Konstitusiyasıdır. Ukrayna Konstitusiyası sizin bu sualınıza bütün cavabları ehtiva edir. Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, davamlı sülhə can atır”, – deyə nazir vurğulayıb. O vurğulayıb ki, indiki mərhələdə prioritet gələcək danışıqlar üçün əsas olacaq atəşkəs rejiminin tətbiq edilməsidir. Nazir xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və hazırda Rusiyadan analoji razılıq gözləyir.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
