21 C
Baku
11 İyun 2025, 3:05
Baş xəbərSosial

Xırdabuynuzlu heyvanlara qayğı tədbirlərinə start verildi

“Ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olunmasının təsdiqlənməsi əzmindəyik.

Belə ki, həyata keçirilən islahatlar, irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi qida təhlükəsizliyi sahəsində, həmçinin heyvan xəstəlikləri ilə mübarizə sahəsində də öz bəhrəsini verməkdədir. Məqsədimiz vahid sağlamlıq konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir. Bununla biz qloballaşan dünyada bioloji təhlükəsizliyin təmin edilməsi və zərərsiz qida məhsulları ilə təminatın yaxşılaşdırılması işlərinə töhfə vermək niyyətindəyik. Son beş ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə qlobal strategiyaya uyğun olaraq ölkəmizin həmin xəstəlikdən azad olunmasının təsdiqlənməsi əzmindəyik və bu istiqamətdə fəaliyyətimiz məqsədyönlü şəkildə davam etdirilir”.

Bugun.tv  xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İqtisadi Əməkdaşlıq Təşkilatı Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi mövzusuna həsr edilmiş beynəlxalq tədbirdə deyib.

Agentliyin sədri qeyd edib ki, heyvan mənşəli məhsulların beynəlxalq dövriyyəsində ən çox maneə yaradan xəstəliklərdən biri dabaq xəstəliyidir.

Diqqətə çatdırılıb ki, həmin xəstəliyin ölkəmiz də daxil olmaqla regionda qeyri-stabil ekzotik statusa malik olduğunu nəzərə alaraq regional əməkdaşlıq mexanizmlərini tətbiq etməklə ləğv edilməsi və davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib.

Q.Təhməzlinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərlə bağlı qəbul edilən Birinci Böyük Qayıdış Dövlət Proqramında heyvan xəstəliklərindən azad zonaların yaradılması da nəzərdə tutulub.

Bu məqsədlə Baş Dövlət Baytarlıq Müfəttişi və beynəlxalq ekspertlərin həmin ərazilərə səfəri təşkil edilərək ilkin prioritetlər təyin olunub.

Eyni zamanda, müxtəlif növ mal-qara xəstəliyinə qarşı peyvəndləndirmələrin həyata keçirilməsi davam etdirilir.

Mənbə: AQTA/facebook

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış müğəninin konserti baş tutdu

Aynur Camal

UNICEF-in Haiti hesabatı: 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altında yaşayır

Aynur Camal

3000 ot bağlaması yandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu