Bugun.tv xəbər verir ki, İtaliyada güclü fırtına zamanı xizək kurortunda atraksionlardan birində qorxulu anlar yaşanıb. Sərnişinlər təhlükəli vəziyyətlə üz-üzə qalıblar.
Hadisə İtaliyanın Valle d’Aosta bölgəsindəki Breuil-Cervinia xizək kurortunda baş verib. Sürəti saatda 100 kilometrə çatan tufan atraksionu güclü külək silkələyib.
Həmin an turistlər tərəfindən lentə alınıb. Görüntülərdə şiddətli fırtınanın lifti uçurduğu və bəzi sərnişinlərin qapalı vəziyyətdə qaldığı görülür. Sərnişinlərin qısa müddətdən sonra xilas edildiyi və xəsarət alan olmadığı bildirilib.