10 C
Baku
12 Dekabr 2024, 16:43
Hadisə

Xocalı faciəsi qan yaddaşımız!

Xocalı soyqırımı – qan yaddaşımız! Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Amma bunu bacarmadılar. Çünki, güclü ordumuz buna imkan verə bilməzdi.
Faciədən illərin keçməsinə baxmayaraq, Azərbaycan xalqı qanlı hadisəni ürəkağrısı ilə xatırlayır. Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq salınmış “Ana harayı” abidəsinə hər kəs baş çəkir. fevral ayının 20-dən sonra abidəni ziyarət etmək üçün hər gün yüzlərlə insan oraya gəlir, qurbanların xatirəsini yad edirlər. Ziyarətimiz zamanı elə biz də bunun şahidi olduq –
hər kəs hüzn içində idi. Hamı abidəni ziyarət etməyə üz tuturdu. O günləri hər kəs kədər hissi ilə xatırlayırdı. Bəli… Əli yalın, silahsız insanlarımızın düşmənin qarşısına keçməsi yalnız bizim mərd xalqımıza yaraşırdı. Ziyarət zamanı mənim diqqətim insanlarda idi. Onları digər illərlə müqayisədə daha qürurlu görürdük. Faciənin simvolu sayılan qərənfili hər kəs günahsız qurbanların üzərinə qürur hissi ilə qoyurdular. Çünki, onların intiqamı düşməndən alınmışdı. Bəli… “44 günlük müharibədə “canlarından keçmiş şəhidlərimizin, qazilərimizin, güclü ordumuzun sayəsində Xocalı qurbanlarının və şəhidlərimizin qarşısında artıq hər kəsin alnı açıq,üzü ağ idi. Həm kədərləndik, həm də qürurlanırdıq. İtirdiklərimiz üçün kədərli idik. Qalibiyyətimiz və güclü ordumuz olduğu üçün isə qürurlu idik. Ziyarət zamanı abidənin önündə balaca igidlərimizi də görürdüm. Bu onu bir daha sübut edirdi ki, bizim güclü ordumuzun davamı var və olacaq.

Artıq biz güclü orduya, hərbi gücə malik bir ölkəyik. İkinci Qa­rabağ müharibəsində qalib gəldik, torpaqlarımızı işğalçılardan təmiz­lədik. Xocalı bu gün azaddır, ora­da üçrəngli bayrağımız dalğalanır. Xocalı qurbanlarının ruhu da şad­dır. Bundan böyük xoşbəxtlik ola bilməz.
Düşünürəm ki, bizim qalib millət, xalq olmağımızı bizə yaşadan Ali baş komandan İlham Əliyevə borcluyuq. Çünki, onun bircə göstərişi ilə ordumuz irəli getdi və qalib ölkə olduq. Bu gün biz qurbanlarımızın intiqamını almışıq və torpaqlarımıza qovuşmuşuq. Allah bir daha xocalı qurbanlarına rəhmət etsin.

Müəllif İntizar Əmirova

İntizar Əmirova

Oxşar xəbərlər

Dəniz səfərləri ləğv edildi

Aynur Camal

Toqquşmalarda 60 nəfər öldü, 50 min nəfər qaçqın düşdü

Bugün TV

Ödəmiş rayonunda meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu