7 C
Baku
21 Dekabr 2025, 10:16
Baş xəbər

Xocalı polisi şəhid ailələrinə qurban sovqatı payladı

Xocalı polisi qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərini, qaziləri və aztəminatlı ailələri ziyarət ediblər.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb. Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Bugün TV

Oxşar xəbərlər

“Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var”

Bugün TV

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi

Bugün TV

Pasportsuz səyahət çempionu: Təyyarədə unudulan pişik 24 saat ərzində dünyanı dolaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu