Baş xəbər

Xocalı polisi şəhid ailələrinə qurban sovqatı payladı

Xocalı polisi qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərini, qaziləri və aztəminatlı ailələri ziyarət ediblər.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb. Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu