19 C
Baku
28 İyun 2025, 8:23
Baş xəbər

Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 31 illiyinə həsr edilən anım tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bugun.tv-yə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğu və bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğu diqqətə çatdırılıb.

Çıxışçılar Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Böyük Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilib və şəhidlərimizin qanı yerdə qalmayıb.

Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası artıq öz bəhrəsini verməkdədir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz müəllifi olduğu “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” kitabında Xocalı faciəsinin ağır nəticələri barədə danışaraq, kitabın yazılma səbəbinin xocalıların başına gətirilən soyqırımın dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“ASAN xidmət” kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

Aynur Camal

Təkəri partlayan yük maşını qarşı zolağa çıxdı

Bugün TV

Ördəklərin yolu keçməsinə kömək edən öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu