27 C
Baku
21 İyul 2025, 6:30
Dünyaİdman

Xosep Qvardiola uğurlu məşqçiliyin sirrindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yüksək nəticə əldə etmək üçün mütəxəssisin nəyə ehtiyacı olduğunu söyləyib. Bugun.tv xəbər verir ki, bu barədə Manchester Evening News məlumat yayıb.

“Yaxşı oyunçulara sahib olmaq lazımdır. Əvvəllər Messi, indi isə Haaland var. Budur mənim uğurum. Zarafat etmirəm. Hər bir uğurlu məşqçinin güclü təşkilatçılığı və yaxşı oyunçuları var”, – deyə Qvardiola bildirib.

Bu gün  bu mövsüm liqanın və İngiltərə kubokunun qalibi olan “Mançester Siti” Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq. Xatırladaq ki, Çempionlar Liqasının 2022/2023 mövsümünün yarımfinal mərhələsində “Mançester Siti” “Real Madrid”ə qalib gəlmiş (ümumi 5:1), “İnter” isə “Milan”dan (ümumi 3:0) güclü olmuşdu.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ukrayna münaqişəsi ABŞ və Qərb müdafiə şirkətlərinin xeyrinədir – Rusiyanın yüksək rütbəli təhlükəsizlik rəsmisi

Bugün TV

Rusiyada qaz qurğusu alov topuna çevrildi

Aynur Camal

Azərbaycan D-8-ə üzv oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu