17 C
Baku
10 İyun 2025, 7:01
Digər

Xoşqədəm Baxşəliyeva haqqında qərar verildi

Aparıcı Xoşqədəm Hidayətqızı efirdə işlətdiyi sözlərə görə müğənni Aysel Əlizadəyə təzminat ödəyəcək.

İşin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb, elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəm…”, “Onun ailəsini dağıdan şəxs isə sizlərin, hamımızın tanıdığı çooox məşhur bir müğənnidir əziz tamaşaçılar.” “Xanımın ailəsini dağıdır və xanımın 10 yaşlı uşağını həyat yoldaşı əlindən alır. Yaxşı bu müğənni niyə sənin ailəni dağıdır?” “Sən nə vaxt bildin ki, o müğənni ilə bərabərdir, artıq o qadınla?” kimi fikirlər səsləndirib.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu il 16 tələbə Amerikada ödənişsiz təhsil alacaq

Bugün TV

Sürət qatarı niyə sürətsizdir? 

Şükufə Ramizqızı

Təbiətdən milyonlarla pul necə mənimsənilir?-ARAŞDIRMA

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu