36 C
Baku
20 İyul 2025, 15:28
Baş xəbərKriminal

Xudatda narkotik əməliyyat keçirildi 

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri saxlanılıb . Onların Vüqar Məmmədxanov və Ayaz Rəhimov olduğu müəyyən edilib. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilib. Keçirilən baxış zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

İran prezidenti Rəisinin olduğu helikopter qəzaya uğrayıb

Aynur Camal

“Azərbaycanın dünyaya təqdim etdiyi yeni nizam”

Aynur Camal

“Ultra nadir” çəhrayı almazın dəyəri 35 milyon dollardan çox olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu