6 C
Baku
21 Dekabr 2025, 6:45
Digər

Xüsusi qoxu psixi sağlamlığa müsbət təsir göstərə bilər

Bugun.tv www.sciencealert.com saytına istinadla xəbər verir ki, Kyoto və Tsukuba universitetlərinin alimləri 28 qadına bir ay ərzində paltarlarına qızılgül yağı sürtmələrini tapşırıblar. Nəzarət qrupundakı 22 nəfər isə sadəcə su istifadə edib. Nəticədə MRT müayinələri göstərib ki, qızılgül yağı istifadə edənlərin beynində boz maddənin həcmi artıb. Ən böyük dəyişiklik “posterior singulat korteks”də (PCC) qeydə alınıb. Beynin bu hissəsi yaddaş və assosiasiya ilə əlaqəlidir. Mütəxəssislər bunun qoxu xatirələrinin emalı və yaddaş prosesləri ilə bağlı ola biləcəyini bildiriblər. Alimlər hesab ediblər ki, davamlı şəkildə qoxuların inhalyasiyası beynin plastikasını gücləndirə, psixi sağlamlığa müsbət təsir göstərə və hətta demans riskini azalda bilər. Çünki Alsheymer xəstəliyində PCC zəifləyir və qoxularla stimullaşdırma bu prosesi ləngidə bilər. Araşdırma “Brain Research Bulletin” jurnalında dərc olunub.

Bugün TV

Oxşar xəbərlər

MHK Seminarına ilk dəfə qadın hakimlər qatıldı

Teymur Əziz

Alimlər beyində duyğuların necə birlikdə işlədiyini araşdırdılar

Bugün TV

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu