İranın Gilan əyalətində xəstəxanada yanğın baş verib. Qısa müddətdə alovların böyüdüyü yanğında 9 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
İranın şimalındakı Gilan əyalətinin Reşt şəhərində Gaem adlı özəl xəstəxanada yerli vaxtla saat 01.15 radələrində yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və yardım qrupu göndərilərkən, uzun səylərdən sonra yanğın söndürülüb.
Gilan Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Tağı Aşubi yanğınla bağlı açıqlamasında deyib: “Yanğın zamanı 250 çarpayılıq xəstəxanada 142 xəstə, reanimasiya şöbəsində isə 33 xəstə müalicə olunurdu. “Təəssüf ki, yanğın nəticəsində 9 xəstə həyatını itirib, 15 nəfər xəsarət alıb.
118 xəstənin ətraf xəstəxanalara köçürüldüyünü bildirən Aşubi, köçürüldükləri xəstəxanalarda xəstələrin müalicəsinin heç bir aksama olmadan davam etdiyini bildirib. Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TGRT