17 C
Baku
27 Aprel 2025, 11:14
Baş xəbərSosial

Xətai rayon “Mədəniyyət mərkəzi” ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirtdi

Bugun.tv-yə daxil olan məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Keçirilən tədbirdə Xətai rayon “Mədəniyyət mərkəzinin” özfəaliyyət dərnəyinin kollektivi və incəsənət nümayəndələri şəxsi heyət qarşısında əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.

Mənbə:  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda 481 000-dən çox şagird, 28 000-dən çox müəllim ilk tədris ilinə başladı

Bugün TV

“Ermənilərin Norveçdə Azərbaycanla bağlı formalaşdırdıqları mənfi fikirləri dəyişdirməyi bacarmışıq”

Elnarə Dərziyeva

Ukrayna: İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu